Dünya Reytinq Turniri: Azərbaycan təmsilçisi "gümüş" medal qazanıb

  Dünya Reytinq Turniri: Azərbaycan təmsilçisi "gümüş" medal qazanıb

Azərbaycanlı paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində 2-ci olub.

Mediasport.az xəbər verir ki, təmsilçimiz 10 metr məsafəyə güllə atma yarışında 561 xal toplayıb və gümüş medala yiyələnib.

Zeynalov ötən il Peruda keçirilən dünya çempionatında Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.