Əlcəzair Fələstinə görə bütün futbol oyunlarını təxirə salıb

Əlcəzair Fələstinə görə bütün futbol oyunlarını təxirə salıb

Əlcəzairdə futbol yarışları Fələstinin Qəzza zolağında baş verən hadisələrə görə dayandırılıb.

Mediasport.az xəbər verir ki, bu ölkədə bütün oyunlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Əlcəzair Futbol Federasiyası bununla bağlı bəyanət yayıb:

"Əlcəzair Futbol Federasiyası (FAF) güclü və qardaş Fələstin xalqına həmrəylik, Qəzza zolağında işğal olunmuş Fələstin xalqına qarşı təcavüz nəticəsində şəhidlərin ruhuna hörmət əlaməti olaraq, növbəti xəbərdarlığa qədər bütün futbol turnirlərini dayandırılır".

Ötən həftə Fələstin millisinin qarşıdakı oyunlarını Əlcəzairdə keçirəcəyi barədə məlumat yayılmışdı. Əlcəzair Futbol Federasiyası Fələstin millisinin bütün bütün xərclərini öz üzərinə götürəcəyini açıqlamışdı.