Qonşu qadını döyən Avropa çempionuna 2 il həbs verildi - FOTO
Qonşusunu döyməkdə ittiham edilən Rusiyanın atletika yığmasının keçmiş üzvü Aleksnadr Hüttenin məhkəmə prosesi başa çatıb.
MediaSport.az xəbər verir ki, hadisə ötən ilin mayında Leninqrad vilayətinin Vsevolojski rayonunda baş verib.
Ekspertizadan sonra qonşuluqda yaşayan kişi və qadının ağır bədən xəsarətlər və kəllə-beyin travması almaları təsdiqlənib. Əvvəllər də narkotik istifadəsinə görə təqsirləndirilmiş 35 yaşlı Aleksandr cəzasını ciddi rejimli müəssisədə olmaqla, 2 il çəkəcək.
4-qat Rusiya çempionu 2011-ci ildə İsveçin Stokholm şəhərində keçirilmiş Avropa çempionatının komanda yarışında qızıl medal qazanıb.