"Paris-2024"də idmançıların hicab taxması məsələsinə izah gətirilib

"Paris-2024"də idmançıların hicab taxması məsələsinə izah gətirilib

Beynəlxalq Olimpiya Komitəsi (İOC) Paris olimpiadasında idmançıların hicab taxması ilə bağlı məsələyə münasibət bildirib.

Mediasport.az xəbər verir ki, İOC-un Atletlər Komissiyasının üzvü Astrid Yakobsen bildirib ki, iştirakçıların olimpiya kəndində hicab və digər dini geyimlərdən istifadə etməsində heç bir problem olmayacaq.

Komitə rəsmisinin sözlərinə görə, idmançıların yarış zamanı belə geyimlərdən istifadəsi beynəlxalq federasiyalar tərəfindən təmzimlənəcək və qurumların qaydaları tətbiq olunacaq.

Yakobsan yarışlarda hicabdan istifadə ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün Fransanın hakimiyyət orqanları və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edəcələrini vurğulayıb.

Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək, avqustun 11-dək davam edəcək.