İki güləşçimiz finala çıxıb, ikisi isə bürünc medal qazanıb - DÇ-2023
Azərbaycanın 2 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən gənclər arasında dünya çempionatında finala çıxıb.
Mediasport.az xəbər verir ki, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) sabah qızıl medal uğrunda mübarizə aparacaqlar.
Güləşçilərimiz müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevlə (AİN) yarışacaqlar.
Kənan Heybətov (70 kq) isə təsəlliverici görüşə qatılmaq hüququna yiyələnib. Bürünc medal qazanmaq şansını davam etdirən Heybətov tunisli Faruk Jelasi ilə qarşılaşacaq.
Ağır çəki dərəcələrində Azərbaycanı təmsil edən Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) dünya çempionatının bürünc mükafatını qazanıblar.
Onlar üçüncü yer uğrunda görüşdə müvafiq olaraq Andro Marqişvili (Gürcüstan) və Kumar Anirudan (Hindistan) güclü olublar.