Nicat Abasovun 3-cü yer uğrunda rəqibi məlumdur - Dünya Kuboku
Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib.
mediasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda Fabiano Karuana (ABŞ) ilə mübarizə aparacaq.
Üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək və avqustun 24-dək keçiriləcək. Qeyd edək ki, təmsilçimiz yarımfinalda 5-qat dünya çempionu Maqnus Karlsenə məğlub olub.