Komandamız XXXI Ümumdünya Yay Universiadası üçün yola düşdü
XXXI Ümumdünya Yay Universiadasında iştirak edəcək Azərbaycan idmançıları Çinin Çendu şəhərinə yola düşüblər.
MediaSport.az xəbər verir ki, İyulun 28-dən avqustun 8-dək keçiriləcək Universiadada ölkəmiz 16 idman növündə 87 idmançı ilə mübarizə aparacaq.
İdmançılarımız atletika, atıcılıq, akademik avarçəkmə, badminton, basketbol, bədii gimnastika, cüdo, tennis, uşu, taekvondo, voleybol, kamandan oxatma, stolüstü tennis, idman gimnastikası, üzgüçülük, qılıncoynatma növlərində medal qazanmağa çalışacaqlar.