Məmmədov üçün əvvəlcə Dubay, sonra Səudiyyə Ərəbistanı

Məmmədov üçün əvvəlcə Dubay, sonra Səudiyyə Ərəbistanı

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.

mediasport.az xəbər verir ki, o, 1-6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022”nin oyunlarını idarə edəcək.

Məmmədov 9-12 noyabr tarixlərində isə Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022”nin görüşlərində də iş başında olacaq.