"Zirə" və son çempion rəqib qapısından 7 cavabsız top keçirib

"Zirə" və son çempion rəqib qapısından 7 cavabsız top keçirib

Minifutbol üzrə Azərbaycan çempionatında 7-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə meydana çıxan son çempion "Birbaşa Bakı" və “Zirə” növbəti qələbələrini qazanıblar.

Bu, "qartallar"ın liqada ardıcıl 7-ci zəfəri olub.

Tura bu gün “Dinamo Gəncə” – “Real Bakı”, “Qalaxy Bakı” – “İnter”, “Siyəzən” – “Atəşgah Suraxanı” və “Aznur” – “Abşeron” görüşləri ilə yekun vurulacaq.


Azərbaycan çempionatı. 7-ci tur


“Dirçəliş” – “Birbaşa Bakı” 0:7

“Veteran” – “Odlar Yurdu” 0:3

“Zirə” – “Baku Fire” 7:0

“Turan” – “Sumqayıt” 2:3