Taekvondo millimizdən Avropa çempionatında yalnız bir medal
21 yaşadək taekvondoçulardan ibarət Azərbaycan millisi Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında uğursuz çıxışla yadda qalıb.
Mediasport.az xəbər verir ki, komandanın heyətində yalnız 46 kq çəkidə mübarizə aparan Zemfira Həsənzadə bürünc medal qazanıb.
Azərbaycanı kişilərin yarışında Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq), qadınların mübarizəsində isə Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidova (62 kq) təmsil ediblər.