Milli komandamızın iki üzvü Mançesterə yollana bilmədi
20-23 oktyabr tarixlərində İngiltərənin Mançester şəhərində taekvondo və parataekvondo üzrə Qran-pri turniri keçiriləcək.
mediasport.az xəbər verir ki, milli komandalarımız yarışda iştirak edəcəklər.
Azərbaycan parataekvondoçuların mübarizəsində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Röyalə Fətəliyeva (K44, 47 kq), Sabir Zeynalov (K44, 58 kq), İmaməddin Xəlilov (K44, 70 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) ilə təmsil olunacaq.
Taekvondoçuların yarışında isə Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxacaq. Cavad Ağayev və Fəridə Əzizova yarışa dəvət alsalar da, zədə səbəbindən iştirak edə bilməyəcəklər.
Mançesterdə döyüşləri idarə edəcək hakimlər sırasında beynəlxalq dərəcəli referimiz Aygün Abdullayeva da olacaq.