Millilərimiz Qızıl Avropa Liqasında 3-cü tur matçlarına start verəcəklər

Millilərimiz Qızıl Avropa Liqasında 3-cü tur matçlarına start verəcəklər

Azərbaycan qadın və kişi voleybolçulardan ibarət milliləri bu gün Qızıl Avropa Liqasında 3-cü turun oyunlarına çıxacaqlar.

Mediasport.az xəbər verir ki, qadınlardan ibarət millimiz Bakıda Estoniya ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutacaq matçın start fiti saat 18.00-da səsləndiriləcək.

Kişi voleybolçularımız isə Estoniyanın qonağı olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 19.00-da başlanacaq.

Xatırladaq ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Milli 3 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb. Yığma iyunun 2-də Avstriya ilə qarşılşacaq.

Kişilərdən ibarət milli isə bundan əvvəlki qarşılşamalarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub. Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Kişi voleybolçular iyunun 1-də Lüksemburqla qarşılşacaq. Həm qadın, həm də kişi yığmalar arasında ən yaxşı 4 komanda "Dördlər finalı"na yüksələcək.