İqtisadiyyat naziri müavininin oğlu federasiyanın vitse-prezidenti seçildi

İqtisadiyyat naziri müavininin oğlu federasiyanın vitse-prezidenti seçildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

MediaSport.az saytına daxil olan məlumata əsasən, toplantıda qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərovun təklifi ilə vitse-prezidentlərin say tərkibinin artırılması məqsədilə Hikmət Səmədovla Elşən Ələkbərovun namizədlikləri irəli sürülüb.

Təkliflər səsə qoyularaq qəbul edilib. Beləliklə, ATF-də vitse-prezidentlərin sayı 5-ə çatmış oldu. Nağı Səfərov, Niyaməddin Paşayev və Səməd Heydərov federasiyanın digər vitse-prezidentləridir. Sonuncunun Kəmaləddin Heydərovun qardaşı olduğu deyilir.

Məlumata görə, 1983-cü il təvəllüdlü Elşən Ələkbərov da Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.