Xanım taekvondoçumuz Maltada Avropa çempionu oldu

Xanım taekvondoçumuz Maltada Avropa çempionu oldu

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Maltanın paytaxtı Vallettada start götürən Avropa çempionatının ilk günündə 1 qızıl və 1 gümüş medal qazanıb.

mediasport.az xəbər verir ki, qızların yarışında 29 kq-da çıxış edən Zəhra İsayeva və 37 kq-da yer alan Xuraman Cavadzadə fəxri kürsüyə qalxıb.

Zəhra İsayeva Avropa çempionu olub, Cavadzadə isə gümüş medal qazanıb. Bununla da Zəhra Fəridə Əzizovadan sonra (2009-cu il Xorvatiya, Zaqreb şəhəri) yeniyetmə qızlar arasında ilk Avropa çempionumuz kimi tarixə düşüb.

Yarışa noyabrın 28-də yekun vurulacaq.