"Neftçi"dən "Araz-Naxçıvan"a keçdi
Fitzal üzrə son Azərbaycan çempionu “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu klub ötən mövsümü “Neftçi” İK-nın heyətində keçirmiş Ülvi Əliyevi transfer edib.
25 yaşlı oyunçu yeni komandasında debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.
Qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.