Ölkə çempionatı 10 qol, 3 qırmızı vərəqə və "sülh"lə start götürüb
Futzal üzrə Yüksək Liqada yeni mövsümə start verilib.
Mediasport.az xəbər verir ki, 2023-2024-cü illər mövsümünün ilk matçında “Neftçi” İK – “Baku Fire” komandaları qarşılaşıb.
Oyundan əvvəl dövlət himni səslənib, sonra 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin azadlığı və ərazi bütovlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mövsümün ilk oyununda 10 qol vurulub, 3 qırmızı vərəqə qeydə alınıb, lakin qalib müəyyənləşməyib. Yeri gəlmişkən, 2022-2023-cü il mövsümünün açılış matçında da bu komandalar qarşılaşmış və oyun qolsuz heç-heçə ilə yekunlaşmışdı.
Yüksək Liqa. 1-ci tur
“Neftçi” İK – “Baku Fire” (3:3) 5:5
Qollar: Fərid Atakişiyev, 1:14, Ülvi Əliyev, 18:02, Vahib Xocayev, 18:55, 36:50, Namiq Məmmədkərimov, 37:42 // Faiq Əliyev, 2:00, Oktay Rüstəmli, 9:25 (pen.), Tofiq Əliyev, 17:30, 25:45, Kənan Manafov, 38:49
Qırmızı vərəqələr: Reza Abgoun, 9:24, Anar Məmmədov, 28:41 // Elnur Zamanov, 10:55
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov
26 sentyabr. Bakı İdman Sarayı. Saat 14:00.
“Neftçi” İK: 12. Anar Məmmədov (q), 3. Amir Şojaei, 4. Fərid Atakişiyev, 8. Ülvi Əliyev, 11. Namiq Məmmədkərimov, 13. Əjdər Əjdərov (k), 6. Mirzə Əmirov, 7. Nüsrət Fərzəli, 9. Vahib Xocayev, 10. Reza Abgoun, 16. Zaur Sultanov (q), 17. Soruş Heydari, 38. Hüseyn Mənəfli, 94. Şahbaz Həndəmli.
Baş məşqçi: Hacıbala Abdullazadə.
“Baku Fire”: 16. Elnur Zamanov (q), 4. Elvin Quliyev (k), 3. Oruc Baxşəlizadə, 7. Faiq Əliyev, 9. Murad Quluzadə, 77. Zəfər Mehti-zadə (q), 8. Nihad İsmayılov, 10. Oktay Rüstəmli, 11. İmaməli Hüseynov, 14. Tofiq Mikayılov, 17. Fərid Ələkbərov, 18. Fərid Abbasov, 19. Tofiq Əliyev, 22. Kənan Manafov.
Baş məşqçi: Teymur Eyvazov.