Azərbaycan üzgüçüsü Olimiya Oyunlarında çıxışını başa vurub
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Mediasport.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.
Vəlizadə 28 iştirakçı arasında ilk "16-lığ"a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.
İdmançımız yekunda 25-ci yerlə kifayətlənib.