Paris-2024-də günün PROQRAMI: 4 idmançımız mübarizə aparacaq

Paris-2024-də günün PROQRAMI: 4 idmançımız mübarizə aparacaq

Fransanın ev sahibliyi etdiyi Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı 33-cü olimpiadada mübarizəyə başlayacaq.

İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə start verəcək. O, topla (12:30), sonra halqa (14:00) ilə bacarığını nümayiş etdirəcək.

Ağamirova axşama doğru lent (17:30) və gürzlə (19:00) çıxış edəcək.

Saat 13:30-da sərbəst güləşçilərimiz 1/8 final görüşlərini keçirəcəklər.

Osman Nurmaqomedov (86 kq) Monqolustan təmsilçisi Bat Erden Byambasuren, Əliabbas Rzazadə (57 kq) özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşacaq.

Saat 20:15-də yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medal üçün tatamiyə çıxacaq.

Xatırladaq ki, Azərbaycanın 48 idmançı ilə yollandığı Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar, taekvondoçu Qaşim Maqomedov (58 kq) ikinci yeri tutub.

Boksçu Loren Alfonso Dominges (92 kq) finala çıxmaqla minimum gümüş medalı qarantiləyib.