Püşk atıldı: Sabah başlanacaq mövsüm dekabrda yekunlaşacaq

Püşk atıldı: Sabah başlanacaq mövsüm dekabrda yekunlaşacaq

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkatma mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, 10 komandanın mübarizə aparacağı çempionat sabah start götürəcək, dekbarda başa çatacaq.

18 tur nəzərdə tutulub. Hər komanda bir-birinə qarşı iki oyun keçirəcək. Qalib komandaya 3, heç-heçə edənlərə 1 xal veriləcək".

Bütün görüşlər bu il Binə Atçılıq Mərkəzində baş tutacaq. Gələn il başqa meydanlarda reallaşacaq. Meydanların siyahısı hazırlanır.

İlk turda "Ağstafa Dilbaz" - "Zəfər", "Embavud" - "Köhlən", "Qarabağ" - "Şirvan", "Elit" - "Omar" və "Polad" - "Sərhədçi" göğrüşləri keçiriləcək.

Püşkatmada mətbuat nümayəndələri qarşısında açıqlama verən Federasiyasının baş katibi Bəhruz Nəbiyev əsas hədəflərinin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu deyib:

“Artıq dresaj növü üzrə milli komandamız var. Yığma ilboyu Avropada təlim-məşq toplanışlarında olur. Azərbaycanın 2028-ci ildə atçılıq yarışlarında bir deyil, iki komanda ilə təmsil olunması üçün əlimizdən gələni edəcəyik".