Baqa Belarus mətbuatına danışdı: "Azərbaycan futbolu bizdən üstündü"

Baqa Belarus mətbuatına danışdı: "Azərbaycan futbolu bizdən üstündü"

Bu yaxınlarda “Sumqayıt”dan istefaya göndərilən Aleksey Baqa Belarus mətbuatına açıqlama verib.

mediasport.az xəbər verir ki, “Беларусь 5” telekanalına açıqlama verən gənc mütəxəssis Azərbaycan futbolu ilə bağlı təəssüratlarını bölüşüb.

- Azərbaycan əcnəbi oyunçuların dəvət olunması baxımından bir-iki addım öndədir. Türkiyə, Braziliya, Portuqaliya, Almaniya və İspaniyadan əla keçmişi olan çox güclü futbolçular gəlir. Ona görə də “Qarabağ”, “Neftçi” və “Sabah” hazırda ən yüksək səviyyədədir. Ümumilikdə isə oyun sxemi, strategiya sarıdan da bu gün Azərbaycan futbolu bizdən üstündü. Stadionlar, infrastruktur….Demək olar ki, hər komandanın bazası var - deyə, o bildirib.