Qazaxların Azərbaycan yığması ilə oyun üçün yekun heyəti açıqlanıb

Qazaxların Azərbaycan yığması ilə oyun üçün yekun heyəti açıqlanıb

Futbol üzrə Qazaxıstan millisinin iyunun 11-də Azərbaycan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Maqomed Adiyev yekun siyahıya 27 futbolçunun adını daxil edib.

Azərbaycan - Qazaxıstan matçı Macarıstanın Sobmatxey şəhərində baş tutacaq.

Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekhan Şayzada (“Ordabası”), Aleksandr Zarutski (“Astana”);

Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı – “Astana”), Erkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı – “Tobol”), Sergey Malıy, Temirlan Erlanov (hər ikisi – “Ordabası”), Alibek Kasım ( “Aktobe”), Adilxan Dobay (“Jetısu”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuev (“Arsenal”, Rusiya);

Yarımmüdafiəçilər: Asxat Taqybergen, Bauyrjan Islamxan, Aybol Abiken (hamısı – “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı – “Aktobe”), İslambek Kuat (Astana), Adilet Sadıbekov (“Kayrat”), İslam Çesnokov ("Tobol");

Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər ikisi “Astana”), Abat Aimbetov (“Adana Dəmirspor”, Türkiyə).