"Sabah" Türkiyədə çempion oldu
Türkiyənin Rizə şəhərində keçirilən “Yiğit Demirel” Beynəlxalq Futbol Turnirinə yekun vurulub.
MediSport.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turniri çempion kimi başa vurub.
Qrup və 1/4 final mərhələsini uğurla başa vuran Nasir Nəsirlinin yetirmələri yarımfinalda “Samsunspor”u məğlub edərək (3:2) finala vəsiqə qazanıb. Həlledici matçda “Altınordu” ilə qarşılaşan komanda bu oyundan da qalib ayrılaraq (1:0) çempion olub.