Sabiq "Qarabağ"lı yenidən İngiltərə Premyer Liqasında oynayacaq

Sabiq "Qarabağ"lı yenidən İngiltərə Premyer Liqasında oynayacaq

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç növbəti dəfə İngiltərə Premyer Liqasında forma geyinəcək.

Mediasport.az xəbər verir ki, son olaraq Çempionşip təmsilçisi QPR-də oynamış 37 yaşlı qolkiper yenidən “Everton”da çıxış edəcək.

Təcrübəli əlcək sahibi Liverpul klubu ilə 1 illik müqavilə bağlayıb.

Xatırladaq ki, 2019/2020-ci illlər mövsümündə məxsus olduğu "Bornmut"dan 6 aylıq icarə ilə Ağdam klubuna keçən Beqoviç anlaşmanın sonunda "Milan"a üz tutmuşdu.

O, ağdamlıların heyətində 10 matçda meydana çıxıb.