Teymur Rəcəbov Hindistanda beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində qadınlar və kişilər arasında keçiriləcək “Tata Steel Chess” beynəlxalq turnirində iştirak edəcək.
Mediasport.az xəbər verir ki, 10 kişi şahmatçı avqustun 31-də başlayacaq yarışda rapid və blits üzrə mübarizə aparacaq.
T.Rəcəbovun rəqibləri Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) olacaq.
Qeyd edək ki, “Tata Steel Chess” beynəlxalq turnirinə sentyabrın 9-da yekun vurulacaq.