Türkiyədə milli futbolçuların dueli: Coşqunun komandası uduzub
Dünən Türkiyə 1-ci Liqasının 31-ci turu çərçivəsində 3 qarşılaşma keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri - Coşqun Diniyevin komandası "Ümraniyəspor" Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor"a uduzub (0:1).
Hər iki futbolçu görüşə start heyətdə başlayıb. Vüsal 59-cu, Coşqun əsas vaxtın sonuna əlavə edilmiş 1-ci dəqiqədə əvəzlənib.
Yarışın turnir cədvəlində Bolu təmsilçisi 46 xalla 7-ci, "Ümraniyəspor" 34 xalla 12-ci pillədə qərarlaşıb.
Türkiyə 1-ci Liqası. 31-ci tur
13 aprel
"Keçiörəngücü" - "Gənclərbirliyi" 2:1
"Boluspor" - "Ümraniyəspor" 1:0
"Altay" - "Çorum Bələdiyyəspor" 1:3