Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Sabah taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək.

mediasport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.