Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar Vətənə qayıdıblar

Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar Vətənə qayıdıblar

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının növbəti qrupu Vətənə qayıdıblar.

Mediasport.az xəbər ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.

Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan iyulun 26-da start götürmüş olimpiadada 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib.

Komandamızın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Taekvondoçu Qaşim Maqomedov (58 kq), boksçu Loren Alfonso Dominges (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medal qazanıblar.