Yay Universiadasında Azərbaycanın bayraqdarları onlar olacaqlar
Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında Azərbaycanın bayraqdarları müəyyənləşib.
MediaSport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Nicat Həsənov mətbuat konfransında bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, komandamızın 2 bayraqdarı olacaq. Kişilərdən ibarət atletika yığmamızın lideri Nazim Babayevlə qadın cüdoçumuz Gültac Məmmədəliyeva seçiliblər.
Ölkəmizi Çinin Çenqdu şəhərində keçiriləcək universidada 88 idmançı təmsil edəcək. Nümayəndə heyətimiz ümumilikdə 134 nəfərdən ibarət olacaq.
Qeyd edək ki, pandemiya səbəbindən 2021-ci ildən 2022-ci ilə, daha sonra bu ilə ertələnmiş yarış iyulun 28-də başlanacaq, avqustun 8-də yekunlaşacaq.