Millimizin kapitanı yeni mövsümə kubok qazanmaqla başlayıb
Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Mediasport.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq yarışın qalibi olub.
Voleybolçumuzun komandası Polşada keçirilən "Amica Cup 2023" hazırlıq turnirində Polşanın "Vroxlav" klubunu 3:1, Almaniyanın "Drezdner" klubunu 3:2 və Çexiyanın "Dukla Libereç" klubunu 3:2 hesabları ilə məğlub edərək kuboka sahib çıxıb.
Macarıstan klubunun kapitanı olan millimizin lideri yüksək performans nümayiş etdirərək komandasının kubok qazanmasına töhfə verib.