Yığmamız Polşada komanda hesabında Avropa çempionu olub
Azərbaycan idmançıları Polşanın Yavorzno şəhərində keçirilən qol güləşi üzrə Avropa çempionatında uğurla çıxış ediblər.
Mediasport.az xəbər verir ki, yeniyetmələr arasında 4 təmsilçimiz qızıl medala yiyələniblər.
İsmayıl Mustafayev (sol qol və sağ qol), Azər Məhərrəmov (master men, sol qol və sağ qol) və Rəşad İsrafilov (sol qol və sağ qol) 2 qızıl, Rəşad Quluzadə isə (sol qol) 1 qızıl və 1 gümüş medal (sağ qol) əldə edib.
Böyüklər arasında Elvin Salehli (sol qol) bürünc, İsmayıl Mustafayev (sol qol və sağ qol) 2 qızıl, Rəşad Quluzadə (sol qol) qızıl, (sağ qol) gümüş, Toğrul Şahlarlı (sağ qol) qızıl, Hüseyn Amanlı (sağ qol) gümüş, Azər Məhərrəmov (sağ qol) gümüş, Emin İsabəyov (sağ qol) qızıl medala yiyələniblər.
Millimiz komanda hesabında ümumi xallar üzrə üçüncü yerdə, böyüklər arasında isə birinci yerdə qərarlaşıb.