Yığmanın keçmiş müdafiəçisi oyunda güllələnərək öldürülüb
Futbol üzrə Boliviya milli komandasının keçmiş müdafiəçisi Serxio Xuaregi qətlə yetirilib.
Mediasport.az xəbər verir ki, 39 yaşlı futbolçu həvəskar oyun zamanı güllələnib.
Matçın gedişində su içmək üçün yan xəttə yaxınlaşan veteran 6 güllə yarası alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xuaregi 2004-2005-ci illərdə Boliviyanın əsas yığmasında 13 oyun keçirib.
Son klubu ölkəsində "San Xose" olub, daha əvvəl "Bluminq" və "Strongest", həmçinin, İsveçrədə "İverdon"un şərəfini qoruyub.