"Zagreb Open": Azərbaycanın 7 güləşçisi mübarizəyə başlayır
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri bu gün start götürür.
Mediasport.az xəbər verir ki, ilk gündə sərbəst güləşçilər yarışacaqlar.
Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərlik etdiyi Azərbaycan millisinin heyətində bu gün 7 pəhləvan - İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov və Arseniy Cioyev (hər ikisi 86 kq) medal qazanmağa çalışacaq.
Yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq), həmçinin qadın güləşçi Gültəkin Şirinova (55 kq) mübarizəyə sabah qoşulacaq.