AFFA-nın icraçı vitse-prezidenti və vitse-prezidentləri müəyyənləşib

AFFA-nın icraçı vitse-prezidenti və vitse-prezidentləri müəyyənləşib

AFFA-nın yeni vitse-prezidentlərinin adına aydınlıq gəlib.

Mediasport.az xəbər verir ki, İcraiyyə Komitənin yeni tərkibdə ilk iclasından sonra qurumun yeni rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Hacıyev, eyni zamanda, icraçı baş katib vəzifəsini icra edəcək.