İki boksçumuz Bakıda keçirilən beynəlxalq turnirin qalibi olub
Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda Rusiya, Qazaxıstan və Azərbaycan idmançıları güclərini sınayıblar.
Turnir çərçivəsində 6 peşəkar döyüş baş tutub.
76 kq çəki dərəcəsində Azərbaycan boksçuları Cəmil Fərzəliyev və Elvin Qənbərov qarşılaşıblar, ikinci texniki nokautla qalib gəlib.
Eyni çəkidə qazaxıstanlı Yerbolat Zeinol Azərbaycan boksçusu İlham Hüseynlidən üstün olub.
59,8 kq çəkidə Azərbaycan idmançıları Ramazan Babayevlə Rauf Ağayevin döyüşü "sülh"lə nəticələnib.
66,7 kq çəkidə təmsilçimiz Ağacan Dərgahov qazaxıstanlı Dilşat Nurumla qarşılaşmanın 2-ci raundunda görüşü davam etdirə bilməyib.
79 kq çəkidə İsmət Eynullayev və Məhəmməd Quliyevin dueli birincinin üstünlüyü ilə yekunlaşıb.
Bu çəkidə rusiyalı Maqomed Rəsulov Azərbaycanı təmsil edən Cabbar İsmayılovu məğlub edib.