Azərbaycanı Avropa çempionatında 9 idmançı təmsil edəcək

Azərbaycanı Avropa çempionatında 9 idmançı təmsil edəcək

Ağırlıqqaldırma üzrə milli komandamız Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, qitə birinciliyində mübarizə aparacaq 9 təmsilçimizdən biri qadın idmançı olacaq.

İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) və Nazilə İsmayılova (45 kq) gücünü sınayacaq.

Yarış fevralın 12-20-si aralığında təşkil ediləcək.