Millimiz Qızıl Avropa Liqasında bütün oyunlarda məğlub oldu

Millimiz Qızıl Avropa Liqasında bütün oyunlarda məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında çıxışını başa vurub.

Mediasport.az xəbər verir ki, komandamız bu gün 3-cü turun son qarşılaşmasında Lüksemburq yığması ilə üz-üzə gəlib.

Fərid Cəlalovun baş məşqçisk olduğu voleybolçularımız Estoniyada təşkil olunan görüşdə də məğluniyyət acısı yaşayıblar.

Əvvəlki 5 matçla müqayisədə, millimiz bu dəfə set qazana bilib və tay-brekdə uduzub - 2:3.

Beləliklə, komandamız turniri bir xalla başa vurub.