"Bütün ölkə Olimpiya Oyunlarında sizinlə olacaq" - Fərid Qayıbov

"Bütün ölkə Olimpiya Oyunlarında sizinlə olacaq" - Fərid Qayıbov

Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarına yolasalma mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bütöv Azərbaycanın idmançılarımıza dəstək olacağını deyib:

“Bütün idmançılarımıza uğurlar arzulayıram. Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxış edəcəyinə inanıram. Bu, ölkəmizin ərazi bütovlüyünü tam bərpa etdikdən sonra iştirak etdiyi ilk Oyunlar olacaq”.

Nazır olimpiadaya hazırlıq üçün kifayət qədər vaxt olmadığını qeyd edib:

"Parisdə 48 idmançı ilə təmsil olunacağıq ki, bunun 20-si qadınlardır. İlk dəfə batutda, basketbol 3x3 növlərində çıxış edəcəyik. Bilirsiniz ki, bütün ölkə möhtəşəm idman yarışında sizinlə olacaq. Azərbaycan Gənclər və İdman Nazirliyi, idman federasiyaları həmisə sizlərə dəstək verib. Hamıya yaxşı məlumdur ki, ölkə başçısı cənab İlham Əliyev daim idmançılara öz diqqət və qayğısını göstərib. Biz sizə inanır, Olimpiadada uğurlu çıxış edəcəyinizə ümid edirik”.

Xatırladaq ki, Fransanın paytaxtı Parisin evsahibliuyi edəcəyi olimpiada iyulun 26-dan avqustun 11-dək davam edəcək.

Azərbaycan yarışda 48 idmançı ilə 15 idman növü üzrə 17 proqramda təmsil olunacaq.