Tofiq Musayev 1 milyon dollarlıq Dünya Qran-prisində döyüşəcək
Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayevin dünyanın ən məşhur turnirlərindən sayılan “Bellator”da növbəti görüşünə çıxacaq.
mediasport.az xəbər verir ki, 34 yaşlı idmançı Dünya Qran-prisində qüvvəsini sınayacaq.
Mükafat fondu 1 000 000 ABŞ dolları olan turnirdə Musayevlə yanaşı, rusiyalı Osman Nurməhəmmədov, Aleksandr Şabli, braziliyalı Ptriki Freyre (Pitbul), ABŞ təmsilçiləri Benson Henderson, Ey Cey Makki, Sidni Autlo və Tunis əsilli fransalı Mansur Barnaui də çıxış edəcək.
Qran-pri bu il martın 23-də start götürəcək.
Tofiq Musayev "Bellator"dakı ilk döyüşündə Sidni Autloya cəmi 27 saniyəyə nokautla qalib gəlib.