Süleyman Süleymanov 10-cu döyüşünü də qələbə ilə başa vurub

Süleyman Süleymanov 10-cu döyüşünü də qələbə ilə başa vurub

Azərbaycanın MMA döyüşçüsü Süleyman Süleymanov növbəti döyüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Tailandın paytaxtı Banqkokda təşkil olunmuş “ONE Friday Fight” yarışında gücü sınayıb.

“Lumpini” arenasında baş tutan dueldə təmsilçimizin rəqibi qırğızıstanlı Nursultan Toktorov olub. İkinci raundda rəqibini məğlub edən Süleymanov peşəkar karyerası ərzində keçirdiyi 10-cu döyüşünü də qələbə ilə başa vurub.

Toktorov isə peşəkar döyüş karyerasında ilk dəfə məğlub olub.