Federasiya prezidenti keçmiş "Qalatasaray"lı haqqında danışdı

Federasiya prezidenti keçmiş "Qalatasaray"lı haqqında danışdı

"Əsas məqsədimiz ölkəmizdə voleybolun daha da inkişaf etdirilməsidir. Voleybola marağı olanları müəyyən edib bu idman növünə cəlb etmək niyyətindəyik".

mediasport.az xəbər verir ki, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında səsləndirib.

Qurum rəhbəri regionlarda da bu işin davam etdirilməsi istiqamətində işlərin görüldüyünü bildirib: "Şahin Çatma Türkiyədə tanınan mütəxəssisdir, "Qalatasaray"ın akademiyasında və ölkəsinin aşağı yaş qruplarından ibarət millilərdə işləyib. Öz işinin icrasına avqustdan başlayacaq. Çox həvəsli insandır, artıq ölkəmizdə regionlarda da olub. Azərbaycanda Voleybol Akademiyasının yaradılması yönündə işlər də aparacaq".