“BRICS Sports Games Kazan 2024"də bayraqdarımız məlum olub

 “BRICS Sports Games Kazan 2024"də bayraqdarımız məlum olub

Rusiyanın Kazan şəhərində keçiriləcək “BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı məlum olub.

Mediasport.az xəbər verir ki, bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını avarçəkən, “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyacaq.

Xatırladaq ki, Azərbaycan yarışların 11 idman növündə təmsil olunacaq.

Avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo və karate üzrə ümumilikdə 97 idmançımız medallar uğrunda mübarizə aparacaq.