Dağıntılar altında qalan keçmiş "Qəbələ"lidən 4 gündür xəbər yoxdur
2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləmiş Uğur Kurt fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin dağıntıları altında qalıb.
mediasport.az xəbər verir ki, “İskenderunspor”da çalışan 53 yaşlı mütəxəssis faciə zamanı klubun məşqçilər üçün nəzərdə tutulmuş inzibatı binasında imiş.
İskenderun təmsilçisinin digər məşqçisi İbrahim Xəlil Ölməzin cəsədi dünən axşam saatlarında dağıntılar altından çıxarılsa da, Uğur Kurtdan hələlik xəbər yoxdur.