Klublarımızın avrokuboklarda rəqibləri müəyyənləşdi

Klublarımızın avrokuboklarda rəqibləri müəyyənləşdi

Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə 2023/2024-cü illər mövsümünün avrokuboklar üçün püşkatma mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, tədbirdə Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

Çempionlar Liqasında mübarizə aparacaq təmsilçilərimizdən "Birbaşa Bakı" C qrupunda "Prestij" (Albaniya), "Volta" (Moldova) və "Maqufana" (Yunanıstan) ilə qarşılaşacaq. "Zirə" F qrupunda "Terra Trak" (Bolqarıstan) və "Andezit" (Ukrayna) klubları ilə üz-üzə gələcək.

Digər Azərbaycan klubu "Zəngəzur" Avropa Kubokunda çıxış edəcək. A qrupunda yer alan komandamızın rəqibləri "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) klubları olacaqlar.