Elçin Məsiyev KL-in qrupunda "Lill"in oyununu idarə edəcək

Elçin Məsiyev KL-in qrupunda "Lill"in oyununu idarə edəcək

FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Mediasport.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Klaksvik” Farer adaları) – “Lill” (Fransa) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.