Emin Mahmudov: "Hər şey qaydasındadır, mənə güvənirlər"

Emin Mahmudov: "Hər şey qaydasındadır, mənə güvənirlər"

“Neftçi”nin kapitanı Emin Mahmudov komandanın yeni baş məşqçisi Adrian Mutu və UEFA Konfrans Liqası haqda açıqlama verib.

MediaSport.az xəbər verir ki, “ağ-qaralar”ın yarımmüdafiəçisi Rusiya mətbuatına müsahibəsində bütün diqqətlərini avrokuboklara yönəltdiklərini deyib.

Mahmudov fikirlərinə bu cür davam edib: “Bu yaxınlarda baş məşqçi təyin olunan Adrian Mutu ilə yeni mərhələdən keçirik. Bir həftə sonra Konfrans Liqasında oyunumuz var. Düşünürəm ki, yavaş-yavaş Avropa yarışlarına hazırlaşacağıq. Meydandakı mövqeyim məni narahat etmir, hər şey qaydasındadır. Komandada mənə güvənirlər”.

Paytaxt klubu Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək. Təmsilçimiz “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.