Azərbaycan çempionatında növbəti turların oyunları keçirildi
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib.
mediasport.az xəbər verir ki, AÇ-2026-nın ilkin təsnifat oyunları ilə əlaqədar yaranmış fasilədən sonra 11-ci tur çərçivəsində əvvəlcə U-16 və RİOEUGİM komandaları qarşılaşıblar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən matç U-16-nın qələbəsilə yekunlaşıb - 30:26. "Təhsil" - "Bakı" oyunu da xeyli prinsipial alınıb, sonda sevinən tərəf "Təhsil" olub - 26:24.
Əsas diqqətlə gözlənilən "İdman Akademiyası" - "Dinamo" qarşılaşması proqnozlaşdırıldığı kimi, prinsipial keçib. Yekunda qələbəni "İdman Akademiyası" bayram edib - 27:25.
12-ci turda RİOEUGİM U-16-dan revanş alıb - 24:19. Çempionluğa oynayan “Dinamo” yenidən "İdman Akademiyası"na uduzub - 31:32. “Bakı” - “Təhsil” duelində isə qonaqlar seviniblər - 25:34.
Turnir cədvəlinə 21 xalla "İdman Akademiyası" başçılıq edir. "Məhsul" ondan 4 xal geri qalır. İlk üçlüyü 15 xalla "Təhsil" qapayır. "Dinamo" 12 xalla 4-cüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. "Bakı" 1 xalla son pillədə qərarlaşıb.