Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçildi
Portuqaliyada Avropa Gimnastikasının 29-cu Konqresində qurumun növbəti müddətə prezidentliyinə səsvermə keçirilib.
mediasport.az xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə yenidən təşkilatın prezidenti seçilib.
Fərid Qayıbov əsası 1982-ci ildə qoyulmuş Avropa Gimnastikasının 2018-ci ildən prezidenti vəzifəsini icra edir. O, növbəti 3 ildə 50 ölkəni özündə birləşdirən təşkilata rəhbərlik edəcək.