"Gəncə"dən növbəti transfer

  "Gəncə"dən növbəti transfer

Qadınlardan ibarət "Gəncə" voleybol komandası yeni legioner transfer edib.

Mediasport.az xəbər verir ki, rusiyalı blokçu Anastasiya Atepalina Gəncə təmsilçisinə qoşulub.

Voleybolçu ötən mövsümü "Argentier 95"də (Fransa) keçirib. O, buna qədər iki il Albaniya çempionatında çıxış edib.

"Gəncə" buna qədər iki azərbaycanlı voleybolçunun transferini rəsmiləşdirib: "Murov Az Terminal"dan Amina Ramazanova, "Azərreyl"dən Asiyat Abuyeva.