İddiaçılar Turniri başlanır: Nicat Abasovun ilk rəqibi müəyyənləşib

İddiaçılar Turniri başlanır: Nicat Abasovun ilk rəqibi müəyyənləşib

Sabah Kanadanın Toronto şəhərində "İddiaçılar Turniri" start götürəcək.

Mediasport.az xəbər verir ki, təmsilçimiz Nicat Abasov yarışın keçiriləcəyi şəhərə Şəhriyar Məmmədyarovla birgə gedib.

Xatırladaq ki, aprelin 25-də bitəcək turnirdə Abasovun ilk rəqibi rusiyalı Yan Nepomnyaşi olacaq. O, karyerasında ilk dəfə bu yarışda mübarizə aparacaq.