Taekvondo məşqçi-müəllimlərinin iştirakı ilə seminar start götürüb
Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı start götürüb.
Mediasport.az xəbər verir ki, qurumun texniki direktoru Oh Kvanq Çeolun rəhbərlik etdiyi təlimlərə 3-cü və daha yuxarı dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.
Seminardan əvvəl federasiyanın vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüblər.
Xatırladaq ki, seminar yanvarın 26-da başa çatacaq.